İsrailin itkiləri - SAY ARTIR
    • 15-10-2023, 22:24
    • 330

İsrailin itkiləri - SAY ARTIR

İsrail ordusu HƏMAS-la toqquşmalarda həlak olan hərbçilərinin sayını yeniləyib.

News24.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 289 hərbçisi həlak olub.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.

İsrail ordusu cavab tədbirləri görür.