İsrail əsgərləri 2 uşağı GÜLLƏLƏDİ
    • 21-10-2023, 15:27
    • 213

İsrail əsgərləri 2 uşağı GÜLLƏLƏDİ

Biri 15, digəri 17 yaşlı iki uşaq İsrail əsgərləri tərəfindən öldürülüb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

İsrail qüvvələrinin fələstinli mülki vətəndaşlara qarşı tətbiq etdiyi  təzyiqlər davam edir. Fələstin Səhiyyə Nazirliyi 2 fələstinli uşağın İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən real güllələrdən istifadə edilərək öldürüldüyünü bildirib.

Öldürülən uşaqların kimliyi bəlli olub.

15 yaşlı fələstinli İyad Məhəmməd, 17 yaşlı Fəvvaz Mənsur hadisə yerindəcə vəfat edib.

Ülkər Abdurahmanlı