Madonna Ginnesin Rekordlar Kitabına düşdü
    • 5-11-2023, 16:37
    • 153

Madonna Ginnesin Rekordlar Kitabına düşdü

Məşhur amerikalı müğənni Madonna Ginnesin Rekordlar Kitabında rekordçu olub.

News24.az xəbər verir ki, bu barədə rəsmi sayt məlumat yayıb.

Hazırda “Celebration Tour” proqramı ilə dünyanı gəzən 65 yaşlı pop divanın yenidən ən çox diski satılan sənətçi statusunu qazandığı deyilir. O, bu adı ilk dəfə 2009-cu ildə alıb.

Musiqi karyerası ərzində ulduz 400 milyondan çox disk satıb. Onun bu inanılmaz  uğuru ona Taylor Swift, Beyonce, Rihanna və Mariah Carey kimi digər məşhur müğənniləri ötməyə imkan verdi.

Madonna həm də 2022-ci ilin iyul ayına olan qastrol gəlirləri 1.389.746.222 dollar olan ən çox gəlir əldə edən qadın qastrol sənətçisidir.

Nezrin