Cəbhədə uğursuzluq: Kiyev rejimi parçalanır
    • 5-11-2023, 20:42
    • 258

Cəbhədə uğursuzluq: Kiyev rejimi parçalanır

Prezident Vladimir Zelenskinin ofisindən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının cəbhədəki dalana dirənmiş vəziyyətlə bağlı bəyanatlarına mənfi reaksiya Ukraynanın hərbi və mülki rəhbərliyi arasında getdikcə artan fikir ayrılığından xəbər verir.

News24.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“Prezidentlə silahlı qüvvələrin baş komandanı arasında strategiya və komandanlıq tapşırıqları ilə bağlı gərginlik barədə şayiələr artıq bir ildən çoxdur ki, Kiyevdə gəzir, lakin əvvəllər ictimai fikir ayrılıqlarına səbəb olmayıb”, - nəşr yazır.

Jurnalistlər xatırladırlar ki, Ukrayna silahlı qüvvələrinin hərəkətləri son vaxtlar heç bir uğura səbəb olmayıb, halbuki “Ukrayna şərqdə Rusiyanın hücumlarının intensivləşməsi ilə üz-üzədir”. 

Bundan əlavə, bəzi Avropa paytaxtlarında və ABŞ Respublikaçılar Partiyasının üzvləri arasında Kiyevə yardıma skeptisizm artıb.

“Zelenskinin köməkçiləri narahat ola bilər ki, general Zalujninin ayıq qənaətləri bəzi müttəfiqləri hərbi yardımı davam etdirməkdən çəkindirəcək”, - müəlliflər qeyd edirlər.

Onlar hesab edirlər ki, fikir ayrılığının digər əlaməti Zelenskinin baş komandanın baş müavinlərindən biri, xüsusi təyinatlı qüvvələrin komandiri Viktor Xorenkonu vəzifəsindən azad etməsi olub.

Bu həftə “Economist”ə müsahibəsində Zalujnı deyib ki, Ukrayna silahlı qüvvələri çıxılmaz vəziyyətə düşüb və “yəqin ki, dərin və gözəl irəliləyiş olmayacaq”. O etiraf edib ki, NATO dərsliklərinə görə Qərbin ondan gözlədiyi təsirli qoşun irəliləmə tempini nümayiş etdirə bilmədi.

Ayşən