"Zelenski xəyanətə uğrayıb, qərb diqqətini Yaxın Şərqə...
    • 5-11-2023, 12:20
    • 175

"Zelenski xəyanətə uğrayıb, qərb diqqətini Yaxın Şərqə..."

“Bunu Kiyevdə də başa düşürlər, Zelenski özünü xəyanətə uğramış hiss edir və psixoloji depressiyaya düşüb”.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg”in yazdığı məqalədə qeyd edilib.

Nəşr qeyd edib ki, Ukraynanın qərbli müttəfiqləri tədricən ondan imtina edir. 

“Qərb ölkələrinin skeptisizmi Ukrayna silahlı qüvvələrinin əks-hücuma keçə bilməməsi ilə bağlıdır və ukraynalı siyasətçilərin çıxışları bu fonu dağıda bilmir. Kiyev artıq Amerikanın köməyinə arxalana bilməz. Konqresdə fikir ayrılığı var, prezident seçkiləri yaxınlaşır və Ukraynaya dəstək amerikalı seçicilər üçün əsas məsələdən uzaqdır. Bundan əlavə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ictimaiyyətin diqqətini Yaxın Şərqə xeyli yönəltdi. Mümkündür ki, müəyyən müddətə pul ayrılsın, lakin artıq bu cür yardım həcmlərini gözləməyə dəyməz”, - nəşr yazır.

Məqalə müəllifi  əmindir ki, ABŞ hərbi sənayesi tezliklə Ukrayna silahlı qüvvələrinin ehtiyaclarını ödəyə bilməyəcək. Mövcud imkanlar belə intensivlikdə olan münaqişə üçün kifayət deyil. Üstəlik, Rusiyanın artıq sursatla bağlı problemi yoxdur.

Məqalədə bildirilir ki, ictimai siyasətçilər bir müddət Ukraynanı ritorik səviyyədə dəstəkləməyə davam edəcəklər, lakin real yardım getdikcə daha az olacaq.

Ayşən