-
- 29-10-2023, 14:58
- 467
Zelenski ilə Zalujnı arasında MÜBAHİSƏ YARANDI - SƏBƏB
Ukrayna əks-hücumunun uğursuzluğu ölkə prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında fikir ayrılığına səbəb olub.
News24.az xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı hesab edir ki, Ukrayna artıq hücum əməliyyatları keçirməməli və diqqətini indiki mövqelərini qoruyub saxlamağa və 2024-cü ildə hərbi əməliyyatlara hazırlaşmağa yönəltməlidir. Öz növbəsində, Zelenski bu fikirlə razılaşmır və hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu dayandırılarsa, Kiyevin öz məqsədlərinə hərbi yolla nail olması mümkünsüzdür.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin oktyabrın 5-də verdiyi məlumata görə, Kiyev dörd ayda 90 mindən çox insan və 550-dən çox tank itirib.
Ülkər Abdurahmanlı