-
- 6-11-2023, 09:20
- 198
Qəzza zolağında 79 BMT əməkdaşı öldürülüb
Qəzza zolağında toqquşmalar başlayandan BMT-nin 79 əməkdaşı həlak olub.
News24.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Qaçqınları üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.
“Oktyabrın 7-dən bu yana UNRWA-nın ümumilikdə 79 işçisi həlak olub, ən azı 24 nəfər isə yaralanıb”, - agentliyin press-relizində deyilir.
Qeyd olunur ki, təkcə son 48 saat ərzində UNRWA-nın beş əməkdaşı həlak olub.