-
- 11-10-2023, 14:49
- 241
9 BMT əməkdaşı Qəzzada HƏLAK OLDU
İsrailin Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində Birləşmiş Millətlər Təşkilatının doqquz əməkdaşı ölüb. Onlardan bir neçəsi isə dünən gecə həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) “Associated Press”-ə bildirib.
Agentliyin kommunikasiyalar üzrə direktoru Juliette Touma deyir ki, “mülki əhalinin müdafiəsi, o cümlədən münaqişələr zamanı hər şeydən vacibdir”. Onun sözlərinə görə, “onlar müharibə qanunlarına uyğun olaraq qorunmalıdır”.
Touma qeyd edib ki, zərbələr nəticəsində ərazi boyu evlərində olan BMT əməkdaşları həlak olub. O, həmçinin bildirib ki, UNRWA-nın sığınacağına çevrilmiş 18 məktəb bombardman nəticəsində zədələnib və Qəzza şəhərindəki qərargah da zərər görüb.
Akqabay