-
- 6-11-2023, 13:52
- 181
Ceyhun Bayramov rumıniyalı həmkarı ilə regional məsələləri müzakirə etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rumıniyanın xarici işlər naziri Luminita Odobesku regional məsələləri müzakirə edib.
News24.az xəbər verir ki, bunu Azərbaycanın XİN başçısı "X" hesabında yazıb.
"Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ilə Buxarestdə görüşməkdən məmnunam. Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri, cari regional məsələlər ətrafında hərtərəfli müzakirələr apardıq. Azərbaycan və Rumıniya çoxşaxəli əməkdaşlıqdan məmnundur və bunu genişləndirmək istəyirik",- nazir bildirib.