Putinin prezident seçkilərində iştirakı ilə bağlı mühüm AÇIQLAMA
    • 6-11-2023, 16:30
    • 176

Putinin prezident seçkilərində iştirakı ilə bağlı mühüm AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak qərarı ilə bağlı hələlik heç bir açıqlama verməyib. 

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Putin hələlik bununla bağlı heç bir açıqlama verməyib. Kampaniya isə hələ rəsmi olaraq elan edilməyib”, - Peskov bildirib.

Daha əvvəl “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, Putin artıq 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib.

Akqabay