Ceyhun Bayramov Rumıniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
    • 6-11-2023, 17:01
    • 186

Ceyhun Bayramov Rumıniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.

XİN-dən News24.az-a verilən məlumata görə, tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhlükəsizlik, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıblar.

İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


15:31

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın Baş naziri Marçel Çolaku ilə görüşüb.

News24.az xəbər verir ki,  bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə edib, strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.