Moldova hava limanında azərbaycanlı saxlanıldı
    • 6-11-2023, 20:05
    • 264

Moldova hava limanında azərbaycanlı saxlanıldı

Moldovada hava limanından qaçan azərbaycanlı saxlanılıb.

News24.az modern.az-a istinadla xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.

Məlumatda deyilir ki, ölkəyə buraxılmadığı üçün Kişinyov hava limanından qaçan Azərbaycan vətəndaşı Moldova polisi tərəfindən tapılıb.

Qeyd edək ki, bu gün səhər Moldova paytaxtı Kişinyovda hava limanında bir nəfər azərbaycanlının ölkəyə girişinə icazə verilməyib. Bu səbəbdən həmin şəxs turniketlərdən keçərək hava limanından qaçıb.