“Qurban gedən çox olacaq”
    • 7-11-2023, 00:21
    • 269

“Qurban gedən çox olacaq”

Rusiya öz qüvvələrini artıra, Ukraynaya qarşı müharibədə itkilərinə məhəl qoymaya bilər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrell deyib.

Diplomat vurğulayıb ki, müttəfiqlər Ukraynaya onun hücumunu dəstəkləməyə kömək etməlidir.

“Rusiyanın itkiləri çox vacibdir, amma qüvvələrini artıra bilər. Daha çox insanı qurban verməyə hazırdır. Putinə qədər Stalin də əmin idi ki, kəmiyyət özlüyündə keyfiyyət mənbəyidir”, - Borrell bildirib.