-
- 4-08-2023, 14:20
- 206
Aİ: "Biz Türkiyə və BMT-yə dəstəyimizi davam etdirəcəyik"
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell, Aİ-nin Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) Qara Dəniz Taxıl Müqaviləsini qorumaq üçün "yorulmaz səylərini" dəstəkləməyə davam edəcəyini açıqlayıb.
News24.az "TRT haber"-ə istinadla xəbər verir ki, Borrell "X" hesabından yazıb:
"Biz Rusiyanı Qara Dəniz Taxıl Sazişinə qayıtmağa inandırmalıyıq"
İngiltərənin "The Guardian" qəzetində də rəy məqaləsi yazan Borrell, Rusiyanın keçən ay razılaşmadan çıxması buğda və şirin qarğıdalı qiymətlərinin qəfil artmasına səbəb olduğuna diqqət çəkib.
Borell, Rusiyanın razılaşmadan çıxmasından sonra Ukraynanın taxıl anbarlarını və liman infrastrukturunu hədəf alması və məhv etməsinin də bu vəziyyətdə təsirli olduğunu vurğuladı və belə davam etdi:
“Dünya tədarükün kəsilməsi və yüksək qiymətlərlə məşğul olduğundan,Rusiya indi yaratdığı problemi həll edirmiş kimi davranaraq, ikitərəfli taxıl daşınması təklifləri ilə Afrikanın xüsusilə yardıma ehtiyacı olan ölkələrinə yaxınlaşır. Bu, yeməkdən qəsdən silah kimi istifadə etməkdir.
Biz BMT və Türkiyənin Qara Dəniz Taxıl Sazişinə riayət etmək üçün yorulmaz səylərini dəstəkləməyə davam edəcəyik”, - Borrell bildirib.
Aydan