Şuşada Rusiya bayrağı endirildi - FOTO / VİDEO
    • 7-11-2023, 12:50
    • 282

Şuşada Rusiya bayrağı endirildi - FOTO / VİDEO

Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb. Onlara məxsus silah və hərbi texnikalar planlı təmir üçün göndərilib.

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, sülhməramlıların Şuşa yaxınlığındakı mövqelərindən çəkilərkən Rusiya bayrağının endirilməsi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Hudson İnstitutunun baş elmi işçisi, amerikalı politoloq Lük Koffi görüntülərə münasibət bildirib. O həmin əraziyə daha əvvəl səfər etdiyini deyib:

“2022-ci ilin mart ayında Şuşadan çıxarkən həmin bayraq dirəyinin fotosunu çəkmişdim. Rusiya bayrağının buradan endirilməsini görməkdən məmnunam”.