-
- 7-11-2023, 13:18
- 187
Ermənistanın mövcudluğu şübhə altındadır - Rusiyalı politoloq
“Bu gün onlar (Paşinyan hakimiyyəti - red.) dalana doğru gedirlər. Nikol Paşinyanın qərbyönlü, komprador qrupunun hakimiyyətə gəlməsi Ermənistan dövlətinin mövcudluğunu şübhə altına ala bilər”.
News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq və hərbi ekspert İqor Nikulin Ermənistan-Rusiya münasibətlərindəki mövcud vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, qlobalistlərin, ingilislərin, amerikalıların və digərlərinin hakimiyyətə gəldiyi keçmiş MDB ölkələrinin hamısında heç bir nailiyyət olmayıb və yalnız itkilər olub.
Ekspert Ermənistanın Avropaya yaxınlaşmaq cəhdlərində qeyri-dost təzahürlər görür və bu hərəkətləri birmənalı olaraq neqativ kimi qiymətləndirir.
“Əgər Ermənistan fəal şəkildə Rusiyaya müharibə elan etmiş ölkələrin, yəni kollektiv Qərb ölkələrinin arxasınca gedirsə, təbii ki, belə bir şey Rusiyanın xoşuna gələ bilməz. Məncə, bütün bunlar olduqca məntiqlidir. Düşünürəm ki, burada qeyri-adi heç nə yoxdur, adi geosiyasətdir. Kim bizimlə deyilsə, bizə qarşıdır”, - Nikulin vurğulayıb.
Politoloq hesab edir ki, hazırkı hökumət dövründə Ermənistanla Rusiya arasında münasibətlərdə yaxşılaşma olmayacaq.
Akqabay