"Rusiya 102-ci bazanı Ermənistandan çıxaracaq..." - Vladimir LEPEXİN
    • 5-10-2023, 16:31
    • 510

"Rusiya 102-ci bazanı Ermənistandan çıxaracaq..." - Vladimir LEPEXİN

“Rusiya ilə Ermənistan arasında münasibətlər daha da pisləşəcək, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq, Rusiya 102-ci bazasını və sərhədçilərini bu ölkədən çıxaracaq”.

News.az xəbər verir ki, bu proqnozu rusiyalı politoloq Vladimir Lepexin səsləndirib.

Onun fikrincə, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Paşinyan hökuməti üçün bir növ onun Rusiya Federasiyası ilə strateji tərəfdaş kimi münasibətlərinin sonlandığına işarədir.

“İqtisadi əməkdaşlıq prinsipcə mümkündür, hələlik bu, inkar edilmir, amma siyasi xətt bitir. Növbəti addım, bu və ya digər şəkildə, Gümrüdəki 102-ci hərbi hissənin və ümumilikdə Rusiya hərbçilərinin Ermənistan ərazisindən çıxması məsələsi olacaq. Başqa addımlar da olacaq, təbii ki, bu, Ermənistanın KTMT-dən getməsi üçün bir addımdır. Bu gün Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən bu xətt 2018-ci ildən başlayaraq ardıcıl olaraq həyata keçirilir. Paşinyan elə alətə çevrildi ki, tədricən Qərbə doğru irəlilədi. İndi hərəkətə keçmə vaxtıdır, biz rus hərbçilərinin NATO təlimatçıları ilə əvəzlənməsini, rus hərbçilərinin buraxılmasını və müvafiq olaraq Ermənistanın KTMT-də və hətta Aİİ-də mövcudluğunun dayandırılmasını nəzərdə tuturuq”, - rusiyalı ekspert bildirib.

Akqabay