"Rusiya üçün qəbuledilməzdir" - Zaxarovadan İsrailə sərt sözlər
    • 7-11-2023, 15:34
    • 155

"Rusiya üçün qəbuledilməzdir" - Zaxarovadan İsrailə sərt sözlər

“Moskva İsrailin Rusiyadakı səfirini məlumatlandırıb ki, yəhudi dövlətinin rəsmi nümayəndələrinin Rusiya əleyhinə bəyanatları qəbuledilməzdir”. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“İsrailin rəsmi nümayəndələrinin Rusiya ilə bağlı açıqlamalarına gəlincə, bu, qəbuledilməzdir və bu barədə İsrailin Moskvadakı səfiri məlumatlandırılıb”, - diplomat bildirib.

Qeyd edək ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan daha əvvəl Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasiliy Nebezniyanın insan haqları və beynəlxalq hüquq məsələsi ilə bağlı İsrailə ünvanladığı bəyanatlarını “gülünc” adlandırıb.

O, həmçinin qeyd edib ki, Rusiya Yaxın Şərqdəki müharibədən diqqəti Ukrayna ilə müharibədən yayındırmaq üçün istifadə edir.

Ayşən