Tehrandan Vaşinqtona mesaj – “Ədalətli saziş mümkündür”
Dünya
İran ABŞ ilə münasibətlərin nizamlanması üzrə ədalətli və hərtərəfli sazişə hazır olduğunu bildirib.
News24.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə keçirdiyi görüşdə açıqlama verib.
“Biz yalnız ədalətli və hərtərəfli bir sazişi qəbul edəcəyik”, - deyə Araqçi qeyd edib.
O vurğulayıb ki, ABŞ tərəfindən başladılmış münaqişə beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və İran danışıqlar prosesində öz hüquq və maraqlarını qorumaq üçün bütün səylərini davam etdirəcək.
İran XİN başçısı həmçinin Pekinin beynəlxalq arenadakı mövqeyini və ABŞ ilə İsrailin fəaliyyətlərinin pislənməsini müsbət qiymətləndirib.
Araqçinin sözlərinə görə, mövcud vəziyyət İran və Çin arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək. /İSNA/