Mövlud Çavuşoğlunun qardaşı güllələndi - Foto
Dünya
Türkiyənin keçmiş Xarici İşlər naziri Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnmiş halda tapılıb.
News24.az xəbər verir ki, Aydın Çavuşoğluna məxsus yanacaqdoldurma məntəqəsindəki ofisdən ötən gün axşam saatlarında silah səsi eşidilib.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və polis qrupları göndərilib. Ağır yaralı vəziyyətdə olan Çavuşoğlu ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılaraq əməliyyat edilib.
Xəstəxanadan verilən son məlumata görə, Aydın Çavuşoğlunun vəziyyəti ağır olaraq qalır. Polis hadisənin baş verdiyi ofis və yanacaqdoldurma məntəqəsində araşdırma aparıb.
AKP Antalya millət vəkili Mevlüt Çavuşoğlunun hazırda xaricdə olduğu və yaxın zamanda şəhərə qayıdacağı bildirilib. /Sözcü/