-
- 8-11-2023, 14:53
- 241
“LXR”in xalq milisinin sabiq rəhbəri öldürülüb
Qondarma “Luqansk Xalq Respublikası”nın xalq milisinin sabiq rəhbəri Mixail Filiponenko öldürülüb.
News24.az APA-ya istinadla xəbər verir ki, sabiq milis rəisinin oğlu atasının ölümünü təsdiqləyib.
Qeyd edək ki, bu gün polkovnik Filiponenkonun avtomobili partladılıb. Hadisə onun yaşadığı evin yaxınlığında baş verib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.