-
- 1-04-2019, 18:57
- 645
Bilərəkdən qanundan yayınanlarla bağlı qanunvericiliyə uyğun tədbir görüləcək - DGK-dən AÇIQLAMA
Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi və onun səlahiyyətli şəxslərinin fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, özünü iş adamı kimi təqdim edən Hidayətov Təyyar Hidayət oğlunun həmin məlumatlarda da etiraf etdiyi kimi, ixrac etdiyi kənd təsərrüfatı məhsulunun dəyəri müqabilində vəsaiti ölkəyə müvəkkil banklar vasitəsilə qaytarmayıb və gömrük orqanlarının vəsaitin qanunla müəyyən edilən formada geri qaytarılmasına dair tələbinin yerinə yetirilməsinin mümkün olmadığını iddia edir.
Digər bir iddia isə ondan ibarətdir ki, guya, ixrac edilən malların invoys dəyəri gömrük orqanları tərəfindən məcburi qaydada artırılır və bununla da sahibkar əlavə vəsaitlər itirir.
Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisində idxal-ixrac əməliyyatları qüvvədə olan normativ-hüquqi aktlara əsasən həyata keçirilir və həm sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslər, həm də qanunun keşiyində duran dövlət məmuru qanunvericilik aktlarının aidiyyəti üzrə düzgün tətbiqinə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
Əks halda, həmin şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur.
İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 20 000 (iyirmi min) manatadək xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən, təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (xeyli miqdar dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği) xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və 208.2-ci maddəsinə əsasən, eyni əməllər, külli miqdarda (otuz min manatdan artıq) törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu 2017-ci ilin fevral ayının 2-dən 2018-ci ilin sentyabr ayının 30-dək ölkədən çıxardığı ixrac mallarının dəyəri müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablaşma hesabına qanunla müəyyən olunmuş müddət ərzində köçürülməsini təmin etməyib. Yəni, ixrac etdiyi mallara görə əldə etdiyi vəsaiti qanuna əsasən faktiki olaraq geri qaytarmayıb.
Həmin şəxsin ixrac etdiyi malların invoys dəyərinin guya gömrük orqanları tərəfindən artırıldığına dair iddialarına gəlincə isə, 2017-2019-cu illər ərzində Hidayətov Təyyar Hidayət oğlu tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında 5 ölkəyə (Belarus, Rusiya, Gürcüstan, Türkmənistan və Ukrayna) ümumilikdə 1706379.30 (bir milyon yeddi yüz altı min üç yüz yetmiş doqquz ABŞ dolları otuz sent) ABŞ dolları dəyərində Azərbaycan mənşəli təzə narın ixracı həyata keçirilib.
Qeyd olunan ölkələrdən yalnız Rusiya Federasiyasına göndərilən təzə narın 1 kq-nın invoys dəyəri 1.80 ABŞ dolları olaraq Hidayətov Təyyar Hidayət oğlu tərəfindən bəyan edilməklə rəsmiləşdirilib.
Digər ölkələrə ixrac olunan təzə narın 1 kq-nın invoys dəyəri isə 0.22-1.01 ABŞ dollarıdır və gömrük orqanlarının malların invoys dəyərinin artırılması tələbinə dair iddialar həqiqətə uyğun deyil.
Onu da qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturunun məsul əməkdaşlarının iştirakı ilə gömrük xidməti general-mayoru Mirqasım Vahabov tərəfindən qəbul olunaraq, bütün etik normalara riayət edilməklə dinlənilib və ixrac malları müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bankdakı hesablaşma hesabına bərpası barədə mövcud qanunvericiliyin tələbləri ona izah edilib. Lakin sahibkar dövlət orqanının haqlı tələbini hələlik yerinə yetirməkdən imtina edərək əsassız iddialar irəli sürür.
Üstəlik, özünün ifadə etdiyi kimi, "formal xarakterli" müqavilə əsasında deyil, qanunauyğun şəkildə fəaliyyət göstərəcəyi təqdirdə ixrac etdiyi malların gömrük dəyərinin 3 faizi həcmində vəsait dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər çərçivəsində, təsdiqedici sənədlərə əsasən, ixrac təşviqi kimi onun Azərbaycan Respublikasındakı bank hesabına köçürülə bilərdi.
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, qanuni fəaliyyət göstərən xarici iqtisadi fəaliyyət iştirakçıları daim gömrük orqanları tərəfindən dəstəklənir, bilərəkdən qanunlardan yayınmağa çalışanlara qarşı isə qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək.