Fransa Ukraynaya 200 milyon ayıracaq
    • 8-11-2023, 18:25
    • 112

Fransa Ukraynaya 200 milyon ayıracaq

Fransa Ukraynaya dəstək fonduna əlavə olaraq 200 milyon avro ayıracaq. 

News24.az “Franceinfo”ya istinadla xəbər verir ki, bu barədə 

Fransanın müdafiə naziri Sebastyan Lekorn məlumat verib.

“Komissiya Ukraynaya Dəstək Fonduna daha 200 milyon avronun ayrılmasına imkan verən düzəlişin lehinə səs verib. Bu, həm də Ukrayna ordusu üçün yeni texnikanın alınması üçün yeni strategiyanın həyata keçirilməsinə başlamağa imkan verəcək”, - o qeyd edib.

Nəşr bildirir ki, bu, cari büdcə ili üçün ayırmalara düzəlişlər etməyə imkan verən maliyyə qanun layihəsinin bir hissəsidir.

Ayşən