Vens Macarıstana səfər edəcək

Vens Macarıstana səfər edəcək Dünya

ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens aprelin 7-8-də Macarıstana səfər edəcək.

News24.az xəbər verir ki, nu barədə Ağ Evin bəyanatında bildirilib.

Ağ Evin mətbuat ofisinin yaydığı yazılı açıqlamada deyilir ki, vitse-prezident Cey.Di.Vens və ikinci xanım Uşa Vens 7-8 aprel tarixlərində Budapeştə səfər edəcəklər.

Məlumatda Vensin Baş nazir Viktor Orbanla ikitərəfli görüşlər keçirəcəyi bildirilir. Bundan əlavə, aparat rəhbərinin müavini Amerika Birləşmiş Ştatları və Macarıstan arasında zəngin tərəfdaşlığa həsr olunmuş konfransda çıxış edəcək.

Vensin Budapeştə səfəri hazırkı ABŞ administrasiyasının Macarıstanın Baş naziri Orbana dəstəyini nümayiş etdirmək məqsədi daşıyır. ABŞ prezidenti Donald Tramp əvvəllər də Orbana dəstəyini ifadə edib. Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin edilib. Hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyası Aİ rəhbərliyinin dəstəklədiyi müxalifətdəki Tisza partiyasına qarşı mübarizə aparır. (Teleqraf)