Hava Limanında yeni parkinq BELƏ OLACAQ - VİDEO
    • 8-11-2023, 21:35
    • 184

Hava Limanında yeni parkinq BELƏ OLACAQ - VİDEO

Paytaxtın hava limanında parkinq haqqını ödəmək asanlaşdırılıb.

News24.az Xəzər TV-yə istinadən bildirir ki, Hava Limanına giriş-çıxışda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları avtomatik tanınması sistemi ilə qeydə alınır.

Parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə

Tezödə" və "AzParking" platformalarından istifadə edə bilərlər...

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov  bildirdi ki, perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, hava limanı ərazisində  ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: