Hakan Fidan Azərbaycanı BU SÖZLƏRLƏ təbrik etdi
    • 8-11-2023, 22:05
    • 113

Hakan Fidan Azərbaycanı BU SÖZLƏRLƏ təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

News24.az APA-ya istinadən bildirir ki, nazir bu barədə "X" platformasında paylaşım edib.

"Qələbənin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında dinclik tapmağın sevincini yaşayır. 44 günlük dastanabənzər mübarizəni qələbə ilə taclandıran bütün qəhrəmanlarımızı və şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır!", - deyə nazir əlavə edib.