Yaponiyada ayı tələbəni YEDİ
    • 8-11-2023, 23:01
    • 209

Yaponiyada ayı tələbəni YEDİ

Yaponiyada vəhşi ayı alpinizm səyahətinə çıxan tələbəni yeyib.

News24.az unikal-a istinadən xəbər verir ki, bu barədə 22 yaşlı Kanato Yanaike noyabrın 2-də Hokkaydo adasındakı Fukusima kəndi yaxınlığında aşkarlanıb. Onun şəxsiyyəti DNT testi sayəsində müəyyən edilib. Yanaikenin oktyabrın 29-dan itkin düşdüyü məlum olub. Bundan əvvəl o, dostuna Daisengen dağına dırmaşacağını deyib. .

Alpinistin qalıqlarının tapıldığı yerdən bir qədər aralıda ayı cəsədi də tapılıb. Səlahiyyətlilər oktyabrın 31-də eyni ərazidə vəhşi heyvanın 3 kişiyə hücum etdiyini bildiriblər. Ayı yalnız bir neçə bıçaq zərbəsindən sonra geri çəkilib.