-
- 29-07-2023, 09:44
- 374
1986-cı ildə itən alpinistin cəsədi TAPILDI
1986-cı ildə İsveçrədə yoxa çıxan alpinistin cəsədi 37 ildən sonra tapılıb.
News24.az "BBC"-ə istinadlaxəbər verir ki, İsveçrənin Matterhorn dağı yaxınlığındakı buzlaqda tapılan insan qalıqlarının 1986-cı ildən itkin düşən alman alpinistinə aid olduğu təsdiqlənib.
Polis alpinistin adını açıqlamasa da, 1986-cı ildə dağdan yoxa çıxan kişi alpinistin yoxa çıxanda 38 yaşında olduğunu və gəzinti zamanı yoxa çıxdığını bildiriblər.
BBC-nin məlumatına görə, 1986-cı ildən itkin düşən alpinistin tapılması iqlim böhranı səbəbindən əriyən dağ buzlaqlarının gətirdiyi son tapıntı olub. Alpinistin cəsədi iyulun əvvəlində Zermattdakı Teodul buzlaqından keçən bir qrup alpinist tərəfindən tapılıb. Alpinistlər buzlaqda bir cüt yürüyüş ayaqqabısı və kramponlar görmüşdülər. Tapıntıların DNT testi nəticəsində məlum olub ki, cəsədin adı hələ açıqlanmayan və 37 ildir itkin düşmüş alpinistə məxsusdur.
Aydan