Ərdoğan dünya liderlərinə müraciət edəcək:
    • 9-11-2023, 11:04
    • 112

Ərdoğan dünya liderlərinə müraciət edəcək: "Qəzza münaqişəsinin həlli.."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərinə Qəzza zolağında qlobal atəşkəs təşəbbüsü irəli sürməyi təklif etməyi planlaşdırır. 

News24.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Nəşrin məlumatına görə, Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının icraiyyə komitəsinin iclasında Qəzzadakı  münaqişənin tezliklə həllinin zəruriliyini vurğulayıb.

“ Mən dünya liderlərinin hər birinə zəng edəcəyəm, onlarla danışıqlar aparacağam, lazım gələrsə, onlarla görüşəcəm. Mən liderlər, prezidentlər və baş nazirlərlə Qəzza ilə bağlı birgə qlobal təşəbbüs irəli sürmək niyyətindəyəm”, - deyə ölkə başçısı bildirib. 


Ayşən