Ərdoğan II Elizabetin dəfn mərasimində iştirak etməyi planlaşdırır
    • 9-09-2022, 15:25
    • 321

Ərdoğan II Elizabetin dəfn mərasimində iştirak etməyi planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimində iştirak etməyi planlaşdırır.

APA-nın NTV-yə istinadən xəbərinə görə, Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Proqramlar imkan verərsə mərasimlərdə iştirak etməyi düşünürəm. İki dəfə görüşümüz olub. Fürsət tapsaq biz də mərasimlərdə iştirak etmək istəyirik", - deyə Ərdoğan bildirib.