Ərdoğan Putinlə danışıqların nəticələrini təqdim edəcək
    • 8-09-2023, 11:33
    • 127

Ərdoğan Putinlə danışıqların nəticələrini təqdim edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20-nin 18-ci sammiti çərçivəsində Soçidə Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələrini Qərb liderlərinə təqdim edəcək. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə məlumat verib.

“Sammit çərçivəsində Ərdoğan həmçinin “Böyük 20-lik” ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacaq. Prezident Ukraynadakı münaqişənin həlli və Qara dəniz taxıl təşəbbüsünün işinin bərpası ilə bağlı Rusiya tərəfinin təklifləri barədə məlumat verəcək”, - məlumatda deyilir.

Xatırladaq ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə görüşüblər. İki ölkə liderləri taxıl müqaviləsi ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər.

Akqabay