-
- 9-11-2023, 20:59
- 211
Brayden İranı HƏDƏLƏDİ: "Raketlə VURARIQ..."
Əgər belə bir tədbirə ehtiyac olarsa, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hədəfləri vurmağa hazırdır".
News24.az publika.az-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.
Amerika lideri İranla bağlı qrupları da hədələyib: "Lazım gələrsə, ABŞ onların hədəflərini vura biləcək"
Noyabrın 9-na keçən gecə Deyr əz-Zor əyalətinin Fərat çayı sahilində ABŞ hərbçiləri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) müttəfiq kürd birləşmələri və Suriya ordusu arasında toqquşmalar başlayıb. Toqquşmalar başlamazdan əvvəl Deyr əz-Zordakı Koniko qaz yatağındakı ABŞ bazası raket və pilotsuz təyyarələrdən atəşə tutulub.
Oktyabrın 27-də məlum olub ki, Bayden ABŞ Silahlı Qüvvələrinə silsilə hücumlara cavab olaraq Suriyada İrana məxsus olduğu iddia edilən hədəflərə zərbələr endirmək əmri verib.
Pentaqon rəhbəri Lloyd Ostin qeyd edib ki, F-16 qırıcıları Suriyanın qərbində SEPAH və əlaqəli qruplar tərəfindən istifadə edilən iki hədəfi vurub./publika.az