-
- 10-11-2023, 08:38
- 210
Baydenin Avropadakı baş müşaviri istefa verdi
ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slout istefa vermək qərarına gəlib.
News24.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məmurun özünə istinadən məlumat yayıb.
Slout prezidentliyə başlayandan bəri Cozef Baydenin komandasında işləyib, ABŞ-ın Avropadakı müttəfiqləri ilə əlaqələrin bərpasına və Rusiyaya qarşı “vahid cəbhə”nin qurulmasına cavabdeh olub.
"Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Yoruldum", - Slout deyib.
Slout Baydeni NATO-nun 5 sammiti və Avropa İttifaqının iki sammiti də daxil olmaqla, Avropaya səkkiz səfərində müşayiət edib.