Metroda DƏHŞƏT YAŞANDI - Sərnişin qatarda KEÇİNDİ
    • 10-11-2023, 10:25
    • 451

Metroda DƏHŞƏT YAŞANDI - Sərnişin qatarda KEÇİNDİ

Bakıda sərnişin metroda ölüb. 

Bu barədə News24.az-a Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib. Hadisə bu gün səhər "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarda baş verib. Qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib. Dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürülsə də onun həyatını xilas etmək mümkün olmayuıb. Sərnişin platformada dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.