Paşinyan:
    • 10-11-2023, 19:21
    • 195

Paşinyan: "üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edirik"

Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir”.

News24.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda keçirilən panel müzakirəsi zamanı deyib.

“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır. İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasına aiddir”.

Ayşən