Cinsi gücü artıran dərmandan sonra bu meyvəni yemək ÖLDÜRƏ BİLƏR
    • 11-11-2023, 09:18
    • 691

Cinsi gücü artıran dərmandan sonra bu meyvəni yemək ÖLDÜRƏ BİLƏR


Bəzi dərman preparatları var ki, onları qida ilə qəbul etmək olduqca təhlükəlidir. Belə ki, bir sıra dərmanlar hansısa qida ilə reaksiyaya girərək əks təsir göstərə, insana zərər verə bilər. Buna bir sıra misallar göstərə bilərik.

News24.az bizim.media-ya istinadən bildirir ki, araşdırmalar göstərir ki, bir sıra dərmanların qəbulundan sonra qreyfrut yemək doğru hesab olunmur. 

Qreyfrut ilə qarşılıqlı təsir göstərən dərmanlara aşağıdakılar daxildir:

- Bəzi xolesterolu azaldan statinlər (xüsusilə simvastatin)

- Bəzi aritmiya (ürək ritminin pozulması) dərmanları

- Bəzi antipsikotik (psixiatrik xəstəliklərdə istifadə olunur) dərmanlar

- Orqan transplantasiyasından sonra immun sistemini bastırmaq üçün istifadə edilən bəzi dərmanlar

- Bəzi erektil disfunksiya (cinsi gücü artıran) dərmanlar. 

Belə ki, qreyfrut cinsi gücü artıran dərmanlarla birlikdə istifadə edildikdə ölümə səbəb ola bilər. Bundan başqa, kolbasa, sosiska, əncir, kələm turşusu, toyuq və ya dana ciyəri kimi qidaları antidepressant dərmanlarla birlikdə istifadə etmək olmaz. Eyni zamanda, Penisillin və digər antibiotikləri meyvə suları, kofein, pomidor kimi turşulu qidalarla istifadə etmək olmaz. 

Bəs nə üçün bu kimi bir sıra dərman preparatlarını qida ilə qəbul etmək olmaz? Biz belə dərmanları bir-birindən necə ayıra bilərik?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, bəzi dərmanların qəbulu bir sıra faktorlardan asılıdır:

"Həmin praparatların mədədəki selikli qişaya təsirinin olub-olmaması, eroziya, xora yaratması, qida qəbulu zamanı göstərəcəyi təsir araşdırılmalıdır. Əgər dərman mədənin selik qişasına təsir edən tərkibə malikdirsə, onu yeməkarası qəbul etmək olar. Bütün dərmanların tərkibi onun orqanizmdəki təsirinə hesablanıb". 

Həkim Rasif Bağırov isə qeyd edib ki, qreyfrutun tərkibində orqanizmə ziyan vuran çox ciddi maddələr var:

"Onu nəinki cinsi gücü artıran dərmanlarla, başqa preparatlarla da qəbul etmək olmaz. Tərkibində ferment preparatları və D vitamini olan dərmanlar həmişə yeməyin ortasında qəbul edilir. Ferment ona görə qidayla qəbul edilir ki, mədəyə pis təsir göstərməsin".