-
- 6-12-2022, 15:41
- 703
Apteklərdə bəzi dərmanlar NİYƏ TAPILMIR?
Məsələ ilə bağlı News24.az-a danışan infeksionist Mərdan Əliyev bildirib ki, problemin müxtəlif səbəbləri ola bilər: "Sahibkarlıq maraqlarının olmaması, istehsalçı ölkədə problemin olması, Səhiyyə Nazirliyində qeydiyyat prosesində olan çətinliklər bu kimi dərmanların ölkəyə gətirilməsində maneə yarada bilər".
İnfeksionist əlavə edib ki, bəzi dərmanların ölkəyə gətirilməsi xüsusi əhəmiyyət daşıyır: "Bir sıra dərmanlar tərkibi saxlanılmaqla başqa brend adı ilə ölkəyə gətirilir. Bəzi dərmanlar isə vacib dərmanlardır və onların ölkəyə gətirilməsi xüsusi əhəmiyyət daşıyır. "Aspirin kardio" tərkibi aspirindir və müxtəlif adlarla onu əvəz edən 10-a yaxın dərman var. Ancaq "Tetrasiklin" tərkibli dərmanların əvəzedicisi olsa da, azdır. "Nurofen" adı ilə gələn ibuprofen tərkibli dərman apteklərdə yoxdur. Bu dərmanın əvəzləyicisi də yoxdur. "Nurofen" qızdırma üçün ilk yardım kimi istifadə olunan dərmandır. Belə dərmanların ölkəyə gətirilməsi olduqca vacibdir. Səhiyyə Nazirliyi dərmanların gətirilməsinə nəzarət etməlidir. Ən azından həmin dərmanları əvəz edəcək eyni tərkibli dərmanlar gətirilməldir".
Qumral Əliyeva