-
- 30-06-2018, 11:18
- 3 262
Cinsi gücü artıran meyvələr
Yediyimiz bəzi meyvələr libidomuza çox yaxşı təsir göstərir. Bəzi yaz meyvələrinin bu mövzuda uğuru əvəzolunmazdır.
Cinsi istəyi artıran meyvələr insan orqanizminin bioloji hazırlığını təmin edir. Birazdan haqqında dançışacağımız meyvələr qan dövranını yaxşılaşdırır və cinsi istək hormonlarının gedişatını tezləşdirir.
Həmin meyvələr bunlardır:
Çiyələk:
Çiyələk, cinsi istəyi oyadan meyvələr içərisində birinci yerdədir. Çiyələyin yarısını yemək belə daxilimizdəki durğunluğu aradan qaldırar və bədənimizin istiliyini yüksəldər. Qırmız rəngdə olması və C vitamini ilə zəngin olması libidonu artırır.
Mango:
Bu tropik meyvə, cinsi istəyi oyandıran ideal bir köməkçidir. Cinsi hormonların bədəndə yayılmasına dəstək olan E vitaminiylə zəngindir. Zövq və xoşbəxtlik hormonu olan serotonini de bol miqdarda ehtiva edir.
Qarpız:
Mütəxəsislərin dediyinə görə, “ yeni Viagra” olaraq bilinən qarpız, bizə verdiyi sitrulin adlı aminoasit sayəsində qan damarlarının rahatlanmasına səbəb olur. Gündə ən azı bir dilim qarpızla əyləncəli bir gecəyə hazır olun.
Əncir:
Əncirin tərkibindəki şəkərin bildiyimiz və qəbul etməkdə zorlandığımız o şəkərə heç bir aidiyyatı yoxdur. Cinsi gücü artırır.
Elvin Nüsrətoğlu
News24.az