Məşhur aktyor xəstəliyini AÇIQLADI
    • 11-11-2023, 17:56
    • 262

Məşhur aktyor xəstəliyini AÇIQLADI

“Şahsiyet” serialının yeni mövsümündə rol alan Erdal Özyağcılar böyük maraqla gözlənilən istehsalın qala gecəsində xəstəliyini açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

Ustad aktyor “Həyatım alt-üst oldu” deyərək bağırsaq infeksiyası olduğunu izah edib.

Ay Yapımın imzası olduğu, rejissorluğunu Onur Saylak, ssenarisini Hakan Günday etdiyi serialın yeni sezonu noyabrın 13-də yayımlanacaq. Jurnalist Birsen Altuntaşın xəbərinə görə, premyerası baş tutan "Şahsiyet" serialının yeni aktyorlarından Erdal Özyağcılar serial həyəcanından bağırsaq xəstəliyinə tutulduğunu bildirib.

Ülkər Abdurahmanlı