Dələduzlar Sezen Aksunun pulunu oğurladı
    • Bu gün, 18:05
    • 65

Dələduzlar Sezen Aksunun pulunu oğurladı

Türkiyəli müğənni Sezen Aksuya qarşı dələduzluq edilib.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, dələduzlar Beyoğlu bələdiyyəsi adından zəng vuraraq ifaçıdan kimsəsiz uşaqlara dəstək üçün pul alıblar.

Aksu həmin şəxslərin hesabına ianə məqsədi ilə 220 min lirə (təxminən 11 min 342 manat) göndərib. 

Daha sonra Aksunun köməkçisi şübhələnərək Beyoğlu bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyə rəsmiləri belə bir yardım kampaniyasının olmadığını söyləyiblər. Müğənni həmin şəxsləri polisə verib.