-
- 11-11-2023, 23:31
- 982
SON DƏQİQƏ! Azərbaycanda yenidən ZƏLZƏLƏ oldu / VİDEO
Azərbaycanda daha bir zəlzələ qeydə alınıb.
Bu barədə News24.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin maqnitudası 2.9 bal, zəlzələ ocağınln dərinliyi isə 7 km təşkil edib.
Mərkəzdən o da bildirilib ki, bu dəfəki yeraltı təkanlar qismən hiss olunub.