Qız sevgilisinin xəyanətini bir Apple funksiyası ilə ÖYRƏNDİ
    • 12-11-2023, 08:11
    • 231

Qız sevgilisinin xəyanətini bir Apple funksiyası ilə ÖYRƏNDİ

Nikol adlı amerikalı qadın “Apple Watch” smart saatının bir funksiyasından istifadə edərək sevgilisinin xəyanət etdiyini öyrənib.

News24.az xəbər verir ki, o, barədə "TikTok"da paylaşıb. 

O, cihazında sevgilisinin münasibətdə olduğu digər qızların mesajlarını görüb. "Apple Watch" bir il yarımlıq sevgilimin xəyanətlərini öyrənməyə kömək etdi" deyə Nikol açıqlayıb.

Video müəllifinin sözlərinə görə, sevgilisi başqa şəhərə getməli imiş və uçuşdan əvvəl dostları ilə görüşüb pivə içəcəyini bildirib. "O, bayıra çıxmazdan əvvəl özünü çox qəribə apardı, üzərinə ətir vurdu ki, bu belə bir görüş üçün qeyri-adi idi". Daha sonra qız sevgilisinin evdə qoyub getdiyi saat təcili götürüb.

"Saatını götürdüm və bir mesaj gördüm: "Artıq sənin üçün darıxıram." Bu mesajı yazan son iki həftə ərzində münasibətdə olduğu bir qız idi" deyib Nikol. O, sevgilisinin başqa qızlarla görüşdüyünü də öyrənib. "Əgər bu xəbərdarlıq olmasaydı, yəqin ki, xəyanətdən xəbər tutmazdım və bu adamla evlənərdim".