Hamilə sevgilisinin 11 yaşlı qızına təcavüz edib ikisini də öldürdü
    • 22-12-2022, 09:50
    • 164

Hamilə sevgilisinin 11 yaşlı qızına təcavüz edib ikisini də öldürdü

İngiltərədə ölkəni ayağa qaldıran hadisə baş verib.

News24.az xəbər verir ki, Damien Bendall adlı şəxs hamilə sevgilisinin 11 yaşlı qızına təcavüz etdikdən sonra onu qətlə yetirib.

Bendall hadisədən sonra ondan ayrılmaq istəyən sevgilisi ilə mübahisə etməyə başlayıb. 

Hamilə sevgilisini öldürən D.Bendall daha sonra sevgilisinin 13 yaşlı oğlunu və evdə qonaq olan 11 yaşlı uşağı da bıçaqlayaraq öldürüb. 

Bendall məhkəmə zamanı törətdiyi əməli etiraf edib. O, həbsxanaya göndərilib. /sondakika.com/

Teymur Məmmədov