-
- 12-11-2023, 11:39
- 403
Sabiq nazir həbs edildi - FOTO
Qazaxıstanda keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbs edilib.
News24.az Trend-ə istinadən bildirir ki, bu barədə Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsinin mətbuat xidməti bildirib.
"Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli şəxs Kuandıq Bişimbayev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır", - deyə qeyd olunub.
Qeyd edək ki, noyabrın 10-da Qazaxıstanın Daxili İşlər Nazirliyi milli iqtisadiyyat nazirinin sabiq müavini Kuandıq Bişimbayevin ölüm faktına görə saxlanıldığını təsdiqləyib.