Tarantinonun 9-cu filmində kimlər olacaq? - SİYAHI - FOTOLAR
    • 30-06-2018, 14:51
    • 1 485

Tarantinonun 9-cu filmində kimlər olacaq? - SİYAHI - FOTOLAR

Dünyaca məşhur rejissor Kventin Tarantinonun sayca 9-cu olan "Bir dəfə Amerikada" filminin aktyor heyəti qismən də olsa açıqlanıb. 

Belə ki, Hollivudun ən məşur aktyorlarını bir araya toplamağa nail olan rejissor bu dəfə Leonardo Di Kaprio, Bred Pit, Marqo Robbi, Dakota Fenninq, Kurt Rassel, Demien Luis, Tim Rot, Al Paçino ilə əməkdaşlıq edəcək. 

Qeyd edək ki, K.Tarantino bundan öncə verdiyi müsahibəsində 10-cu filmindən sonra kariyesına son qoyacağını deyib.

Teymur Məmmədov