-
- 12-11-2023, 21:57
- 336
TƏCİLİ! Əfsanəvi güləşçi xəstəxanaya yerləşdirildi - FOTO
Məşhur sovet güləşçisi və SSRİ Olimpiya yığmasının məşqçisi Viktor İqumenov qarın aortasının yırtılması şübhəsi ilə təcili xəstəxanaya yerləşdirilib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, 80 yaşlı İqumenovun mədəsi şiddətli ağrıyıb, özünü halsız hiss edib və soyuq tər töküb. Yaxınları təcili yardım çağırıb, həkimlər onu xəstəxanaya aparıblar.
İqumenov beşqat dünya çempionu, yunan-Roma güləşi üzrə Avropa və SSRİ çempionu, FİLA Güləş Şöhrət Zalının üzvüdür.
Onun rəhbərliyi altında SSRİ güləşçiləri bir çox qızıl medallar, o cümlədən Olimpiya medalları qazanıblar.