Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
    • 21-05-2019, 17:52
    • 1 082

Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”

Diqlas” Ticarət Mərkəzində baş verən yanğında dəyən ziyanın inventarizasiyasi başa çatdırılıb və hazırda istintaq prosesi davam edir. 

News 24.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov həmçinin bu tipli hadisələrin bir daha təkrarlanmaması üçün sahibkarlara öz əmlaklarını sığortalanmasını tövsiyə edir:
""Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı ayrılan vəsait sahibkarlıq subyektlərinə seçilmiş banklar vasitəsilə artıq təqdim olunub. Onlara dəyən ziyanın inventarizasiyasi başa çatdırıldı və hazırda istintaq prosesi davam edir. Biz istintaqın nəticəsini gözləməliyik",- deyə nazir müavini bildirib.

Nazir müavinin sözlərinə görə, beynəlxalq təcrübəyə uyğun olaraq bu proseslər sığorta mexanizmləri ilə tənzimlənir:
“Həmçinin belə hallar baş verdikdə sığorta mexanizmləri işə düşür və sahibkarlıq subyektlərinə sığorta şirkətləri tərəfindən dəyən ziyan ödənilir. Sözsüz ki, Azərbaycanda da bu sahədə də qanunvericilik əsasları mövcuddur və qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Sahibkarlarımıza tövsiyəmiz odur ki, öz əmlaklarını sığortalasınlar ki, gələcəkdə belə hallarla üzləşməsinlər",- deyə S.Məmmədov əlavə edib.

Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 9 ticarət mərkəzi təklif olunub.