-
- 13-11-2023, 12:58
- 222
"Bu sahədə fevral ayından bəri azalma müşahidə edilib" - Taleh Kazımov
Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 73 %-nin məbləği 30 min manata qədərdir.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bu sahədə fevral ayından bəri azalma müşahidə edilib.
Sədr əlavə edib ki, 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payı 81 % təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv şəkildə biznes kreditləri versinlər.
Qumral