Əsrin sonunda Yer kürəsinin ƏHALİSİNİN SAYI AZALACAQ
    • 13-11-2023, 20:37
    • 326

Əsrin sonunda Yer kürəsinin ƏHALİSİNİN SAYI AZALACAQ

Yer kürəsinin əhalisi 2064-cü ilə qədər maksimum həddə çatacaq və təxminən 9,7 milyard nəfər olacaq. Sonra azalma başlayacaq, əsrin sonuna qədər 8,8 milyard insan olacaq.

News24.az xəbər verir ki, bu barədə CNN məlumat yazıb.

Alimlərin fikrincə, 2100-cü ilə qədər 183 ölkədə doğum səviyyəsi çox aşağı olacaq. Yaponiya, Tailand, İtaliya və İspaniya da daxil olmaqla 23 ölkə əhalisinin 50%-dən çox azalması ilə üzləşəcək. Afrika ölkələrinin əhalisi üç dəfə arta bilər, yəni bununla da, bütün planetin əhalisinin demək olar ki, yarısı afrikalılar olacaq.

Alimlər 2017-ci il üçün Qlobal Xəstəlik Yükü tədqiqatının məlumatlarından istifadə edərək, insanların sayının Asiya, Şərqi və Mərkəzi Avropada ən sürətlə azalacağını proqnozlaşdırıblar.

Aynurə