İmtahan Qabağı Stressi Atmağın Yolları
    • 13-11-2023, 17:57
    • 179

İmtahan Qabağı Stressi Atmağın Yolları

İmtahandan əvvəl demək olar ki, bütün insanlar həyəcan, stress keçirir. 

News24.az xəbər verir ki, bu həyəcanı sinir sistemindən asılı olaraq kimisi az, kimisi isə çox keçirir.

İmtahan stressi həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxarır. Bu, hər bir şəxsdə fərqli olur. Ümumi halda isə göstəricilər belədir:

*fiziki olaraq tərləmə

*yorğunluq

*qarın ağrısı

*baş ağrısı

*yuxusuzluq

*iştahsızlıq (həddən artıq iştah)

*baş fırlanması

*ürək bulantısı

*qusma

*əzələlərdə gərginlik hissi və dişləri sıxma.

Bunlarla yanaşı, unutqanlıq, diqqət dağınıqlığı, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olmaq, özünə qapanmaq kimi psixoloji hallarla da müşayiət olunur. Qayğılı düşüncələr nəticəsində abituriyentdə özünüqiymətləndirmə aşağı düşür və özünə olan güvəni azalır.

Bir çox abituriyentin imtahanda uğur əldə edə bilməməsinin səbəbi öyrəndikləri biliklərin az olması deyil, hiss etdikləri imtahan qorxusudur. Stress və qorxu abituriyentin imtahanda diqqətini toplamasına əngəl olur.

Mütəxəssislər aparılan araşdırmaların nəticəsində problemin həlli yollarını tapıblar.

Şagirdləri stressi bir yük kimi görmək yerinə, dəstəkləyici bir nüans olaraq görməyə yönləndirin.

Araşdırmada imtahandan əvvəl edilən 10 dəqiqəlik sadə bir yazı vərdişiylə şagirdlərin stressi onlara kömək edə biləcək, “faydalı və enerjiverici güc” olaraq görmələri müşahidə olunub.

Kristofer Rozek, Serarda Ramırez, Raçel Fayn, və Siin Beylok adlı 4 psixoloq məktəbdə biologiya dərsi tədris olunan 1175 şagirdi 1 il müddətində müşahidə ediblər. Nəticədə onlar stressin vacib imtahanlardan uğur qazanmaq üçün böyük əhəmiyyət kəsb etdiyi qənaətinə gəliblər.

Test qorxusu ilə şagirdlərin çoxusu uğursuz olacaqlarına inanırlar. Ancaq onları neqativ fikirlərdən azad olmağa, stressi pozitiv bir güc olaraq görməyə təşviq edən 10 dəqiqəlik yazı vərdişləri daha yaxşı nəticə göstərmələrinə səbəb olub. Həmin araşdırmada buraxılış və qəbul imtahanlarından əvvəl abituriyentlər imtahanlar haqqında qorxularını və istəklərini yazaraq öz qorxuları ilə üzləşiblər.

Stress mütləq pis bir hiss olmaq məcburiyyətində deyil. Psixoloq Kelli Makqonikal stressi fərqli bir şəkildə görməyin insanların daha uğurlu olmasına yardımçı olacağını deyir: “Çox tez döyünən ürəyiniz sizi məcəraya hazırlayır. Daha tez-tez nəfəs almağınız problem deyil. Bu o deməkdir ki, beyninizə daha şox oksigen gedir”.

Xroniki stress ciddi sağlamlıq problemlərinə yol aça bilər, ancaq, qısa müddətlik stress diqqət və yaddaş qabiliyyətini artırdığı üçün faydalı ola bilər.

Az stress məsuliyyətsizliyə, çox stress isə qabiliyyət azlığına səbəb olur

1908-ci ildə Robert Yerkes və Con Dodson adlı iki psixoloq stress ilə öyrənmək arasındakı münasibətə dair bildiklərimizin təməli olan sadə bir araşdırma ediblər. Çətin sınaqlarda uğurlu olmaq üçün ortalama səviyyədə stressin ideal olduğunu müşahidə ediblər.

Az stress məsuliyyətsizliyə, çox stress isə qabiliyyət azlığına səbəb olur.

Stress nələlərə səbəb olur?

Əslində qayğının müəyyən səviyyədə olması təbii haldır, hətta imtahanın uğurlu olmasına belə kömək edir. Belə ki, bu orta səviyyədə olan qayğı şagirdləri motivə edir.

Yaşadığınız qorxunu imtahandan, dərsdən başqa əyləncələrə də vaxt ayıraraq unuda bilərsiz. Bəzən abituriyentlər imtahana hazırlaşdıqları ərəfədə əyləncədən və idmandan uzaq dururlar, bunları vaxt itkisi sayırlar. Əslində isə şagirdlər arabir öz əyləncələrinə vaxt ayırmalıdırlar. Bu, beynin dincəlməsinə yardım edir. Nəticədə yeni biliklərin öyrənilməsi asanlaşır. Əgər siz əyləncə və dərs oxumaq vaxtını düzgün ayıra bilmirsinizsə, günlük qrafikinizi qurun.

Bu, sizə günü düzgün qiymətləndirməyə kömək edəcək. Qrafik qurarkən dərs hazırlamaq üçün uğurlu vaxtı təyin etmək lazımdır. Öyrənərkən beş duyğu üzvündən istifadə daha asan öyrənməyə gətirir.

Ülkər Abdurahmanlı